Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



ATASININ MƏCNUNLA VİDALAŞMASI



 

Atası görüncə dərdli oğlunu,

Eşqin girdabında boğulduğunu,

Kəsdi umudunu ondan büsbütün;

O qızdırma sapı düşmüşdü düyün...

Dedi: \"Ey ciyərim, ciyər neştərim,

Ey boyun zəncirim, ey taci-sərim,

Əlacsız dərdini duydum ürəkdən,

Səndən də əl üzdüm, özümdən də mən.

Atan əldən düşdü, insafa gəl sən,

Gəl tut məhəbbətlə onun əlindən,

Qalx, sarıl boynumdan, qurbanın olum,

Üzüm göz yaşınla islansın, oğlum.

Səfər qüslüm olsun o göz yaşları,

Səfər beşiyində dinc yatım, barı.

Ayrılıq dəmidir, halıma yan bir,

Gözümə sürmə yox, mil çəkilmişdir.

Naz vaxtı deyildir, qucaqlaşaq gəl,

Səndən tuşə[96] alım səfərdən əvvəl.

Köçümü yığmışam dünyadan bu dəm,

Başqa bir aləmə köçüb düşmüşəm.

Sənin fikrindən də deyiləm uzaq,

Ölürəm, dərdinlə ölürəm, ancaq

Çox əziz olsan da gözüm kimi sən,

Atanı bir daha görməyəcəksən.

Əlvida, səfərə hazıram artıq,

Gedər-gəlməzədir bu son ayrılıq.

Əlvida, ayrılıq zamanı yetdi,

Biz gecikib qaldıq, karvansa getdi\".

Qurtardı atanın vida sözləri,

Oğluyla görüşüb qayıtdı geri.

Pərişan atanın üzündə kədər,

Ölümcül, evinə gəldi bir təhər.

Zəiflik üzündən o iki-üç gün

Qüssəylə keçindi vücudu ölgün.

Birdən baş qaldırdı pusqudan əcəl,

O öldü murada çatmazdan əvvəl.

Onun səma quşu çıxdı qəfəsdən,

Sidqin budağında o tutdu məskən

Göylərdən törəyən göylərə yetdi,

Torpaqdan olan da torpağa getdi.

Asudə odur ki, ay tək hər zaman

Bu yandan çıxaraq, batsın o yandan.

Bağlanıb qalmasın qüssə evinə,

Şimşək tək parlayıb o sönsün yenə.

Beş günlük dünyanın mənzilində sən

Çox rahatlanma ki, zillət çəkəsən.

Qoy bilsin bu kənddə mənzil tikənlər

Yoxdur bu aləmdə dinclikdən əsər.

Ölməz can qurtaran bu daş hasardan

Onunçun ölmüşdür bu dünya, inan.

Mələk surətində bir divdir aləm.

Səni məhv etməyə çalışır hər dəm

Dolmuşdur dünyanın kasası qandan,

O qan da süzülür öz bağrımızdan.

Dünyada həmdəmin olsa da hər kəs,

Ömründə şad olub sifəti gülməz,

Bu divlər yatağı yer deyil, inan,

Sel yolu tutmuşdur, qalx bu yataqdan.

Dünyanın ağzı bir xurmaya oxşar,

Əfsus, öpüşündə acı tikan var.

Sərvini bitirmə bu çəməndə sən

Suyu duz, otu da qılıncdır, bilsən.

Bəsdir bu dünyadan yediyimiz qəm,

Çoxmu qamçısını vuracaq aləm?

Aləmi şad keçir, bil, aləm budur,

Çəkmə dünya qəmi, əsil qəm budur.

Əliuzun olsa bir oğru əgər,

Girib xəzinədən gövhərlər çəkər.

Xəzinəni atıb, kim yesə torpaq,

O, ağıllı deyil, ilandır, ancaq[97].

Yaşa ki, dünyaya işıq verəsən,

Torpağa göz tikmə ilan kimi sən.

Ömürdən bərk yapış, ömürdür məqsəd,

Ömürsüz dünya da boş qalır, əlbət.

Yaxşı-yaman gündə gümüş çox yarar,

Min gəmi ləngəri onunla sınar.

Əlində saxlama, quyu tək, varı,

Dəyirman daşı tək üyüd onları.

Aldığın hər şeyi payla dünyada,

Belə abad olub bizim dünya da

Hərdən bir əl iyi qayırsan da sən,

Ox da yon hazırla, dünyada bəzən.

Yüksüz bir adamdan alınarmı bac?

Xaraba bir yerdən alınmaz xərac.

Boş-bikar oturma heç yerdə bir an,

Bari əl-qolunu oynat yalandan.

Heç yerdə qəflətlə gəl tutma qərar,

Hərdən bir bağırıb hay-küy də qopar.

Əli boş insanlar qəm çəkər, bişək,

Beldən şikəst olsun gücsüz bir eşşək.

Səninlə cıdıra çıxanlara bax,

Yarı yolda qalan bir sənsən ancaq.

O Kəyan şahları, o peyğəmbərlər

Dünyanı qullara qoyub getdilər.

Gör bu qövm kimdir, kim idi onlar,

Gör kimin yerində kim tutdu qərar.

Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana.

Yaxşılıq eyləyib, qorx yamanlıqdan,

Yaxşılıq gətirər yaxşılıq hər an.

Sənə pislik edən özündən küssün,

Çünki öz canına qıymış o düşgün.

Quyuya salsan da yaxşılığı, bil,

Yenə qayıdacaq, o itən deyil.

Hər yaxşı-yamana qoca dünyada

Gələr fələklərdən bir əksi-səda.

Kim dağa sirrini söyləsə əgər,

Dağ eşitdiyini geriyə verər.

Qalxıb ucalsan da sonsuz göylərə,

Ağlı başında ol, düşün bir kərə.

Heç kəs bu fələkdən baş çıxarmamış,

Heç kəs bu kitabı sona varmamış.

Araba, mancanaq daşını heç kəs

Fələk divarına söykəyə bilməz,

Çünki o torpaqdan, yerdən uzaqdır,

Yerin tənəsindən pak duracaqdır.

Dünya karxanadır, xor baxma barı,

Bu dibsiz quyuya düşdü çoxları.

Dərindir, çuxurdur dediyim quyu,

Sən oyuncaq yeri zənn etmə bunu.

Bil ki, bu quyudan çəkilməsən sən,

İpin buraxılsa daima əldən,

Bu sallaxanadan qurtulmaq olmaz,

Bari bu hikməti dərk elə bir az.

Harda bir abadlıq görsən bərqərar,

Ilki də, sonu da xaraba olar.

Daim xaraba da olsa bir diyar,

Bil ki, abadlıqdan onda nişan var.

İstər xarab olsun, istərsə abad,

Daimi binövrə qoymamış ustad.

 



Просмотров 432

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!